Bakıda akrobatika üzrə Dünya kuboku start götürüb

Bu gündən etibarən Bakıda akrobatika gimnastikası üzrə Dünya kubokuna start verilib. Sport-az.com xəbər verir ki, yarışlarda 7 ölkədən – Azərbaycan, Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan ümumilikdə 63 gimnast iştirak edir.

Azərbaycan komandasının heyəti:

  • Qarışıq cütlüklər:
    • Raziyə Seyidli – Ağasif Rəhimov
    • Milana Əliyeva – Sabir Ağayev
  • Kişi duetləri:
    • Murad Rəfiyev – Daniel Abbasov
  • Kişilər qrupu:
    • Rəsul Seyidli
    • Riad Səfərov
    • Seymur Cəfərov
    • Abdulla Əl-Meşaih
  • Qadınlar qrupu:
    • Nəzrin Zeyniyeva
    • Anahita Bəşirli
    • Zöhrə Rəşidova

Yarış 15 iyun tarixinə qədər davam edəcək və final mərhələlərində qaliblər müəyyənləşəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni