Bakıda Dünya Kubokunun Seçmə Mərhələsinin Bütün İştirakçıları Müəyyən Edildi

3×3 basketbol üzrə Dünya Kuboku 2025-in seçmə mərhələsində iştirak edəcək komandalar bəlli oldu. Tarixdə ilk dəfə bu mərhələnin oyunları 24-25 may tarixlərində Bakıda baş tutacaq.

Sport-az.com-un məlumatına görə, əsas mərhələyə vəsiqə qazanmaq üçün Azərbaycan millisinin kişi və qadın komandaları ilə yanaşı, aşağıdakı ölkələrin yığmaları mübarizə aparacaq:

  • Kişi komandaları: Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda, İran
  • Qadın komandaları: Çili, Latviya, Çin Taypeyi, Braziliya, Misir

Turnirin qaydalarına əsasən, kişilər və qadınlar arasında ən yaxşı üç komanda Dünya Kubokunun əsas mərhələsinə vəsiqə qazanacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni