Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində paddokun yenidən qurulmasına başlanılıb.Sport-az-ın verdiyi məlumata əsasən, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti rəsmi açıqlama yayıb.
Əvvəlki illərdə olduğu kimi, paddok Neftçilər prospektində, Hökumət evinin qarşısında inşa edilir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərindən və sürücülərdən ehtiyatlı olmalarını rica edir və göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.
Qeyd edək ki, mötəbər yarış bu il 19-21 sentyabr tarixlərində baş tutacaq.