Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarı ilə 2026-cı ildə Bakıda təşkil olunacaq böyüklər arasında dünya çempionatının vaxtı yenilənib. Yeni təqvimə əsasən, mundial oktyabrın 4-dən 11-dək davam edəcək.

Azərbaycandan verilən məlumata görə, dəyişiklik yarışın digər böyük beynəlxalq idman tədbirləri ilə üst-üstə düşməsinin qarşısını almaq və televiziya yayımını daha geniş izləyici auditoriyasına çatdırmaq məqsədi daşıyır.

Fərdi mübarizələr oktyabrın 4-dən 10-dək davam edəcək, qarışıq komanda yarışları isə oktyabrın 11-də baş tutacaq.

Qeyd edək ki, Bakı cüdo üzrə dünya çempionatına ikinci dəfə ev sahibliyi edəcək. Paytaxt ilk dəfə bu mötəbər turniri 2018-ci ildə qəbul etmişdi. Əvvəlki planlara görə, mundial iyulun 9-16-sı arası təşkil olunmalı idi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni