More

    Bakıda V “Qələbə qaçışı” təşkili planlaşdırılır

    Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm zəfərinin 5-ci ildönümü münasibətilə noyabrın 2-də Bakı şəhərində xeyriyyə məqsədli V “Qələbə qaçışı” keçiriləcək. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq tədbirin start nöqtəsi Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanında olacaq.

    Qaçış 10 kilometr məsafəni əhatə edəcək və finişə ən tez dəymiş iştirakçılar qalib elan ediləcək, onlara xüsusi mükafatlar təqdim olunacaq. Həmçinin, yarış çərçivəsində maraqlı əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış hər kəsə medal veriləcək, eləcə də iştirakçılar yarışın rəsmi saytına daxil olub sertifikatlarını yükləyə biləcəklər.

    Qaçışda iştirak etmək istəyənlər 18 yaşdan yuxarı olmalıdır. İştirak üçün onlayn qeydiyyat https://events.smartscoring.com/ vasitəsilə aparılır. Qeydiyyatdan keçənlərə təsdiq məktubu və iştirakçı bələdçisi e-mail vasitəsilə göndəriləcək. “Qürurla irəli” şüarı altında keçiriləcək bu qaçışda iştirak haqqı minimum 20 manatdır və yığılan vəsait “YAŞAT” Fonduna köçürüləcək. İştirakçı sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik bağlanacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni