Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Srvena Zvezda” ilə keçirilən matç “Barselona” üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, “Opta Sport”un məlumatına görə, “Barselona” bu qarşılaşmada “Srvena Zvezda”ya 5:2 hesabı ilə qalib gələrək mövsümün ilk 16 oyununda vurduğu qolların sayını 55-ə çatdırıb. Bununla Kataloniya təmsilçisi 74 illik klub rekordunu yeniləyib.
Əvvəlki rekord 1950/51 mövsümünə aid idi və “Barselona” həmin mövsümdə 16 matçda 54 qol vurmuşdu.
Hazırda “Barselona” Çempionlar Liqasının turnir cədvəlində 10 xalla 6-cı, La Liqada isə 33 xalla lider mövqedədir.