“Barselona” klubu “Sportinq” komandasının hücumçusu Viktor Gyökeresi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sport-az.com “Mundo Deportivo”ya istinadən bildirir ki, Kataloniya klubu qış transfer pəncərəsində bu transferi reallaşdırmağı planlaşdırır. Klub rəhbərliyi 26 yaşlı Gyökeresi hazırda “Barselona”nın əsas hücumçusu olan 36 yaşlı Robert Levandovskinin əvəzləyicisi kimi görür.
İsveçli futbolçu bu mövsüm “Sportinq” üçün uğurlu çıxış edərək 16 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
2023-cü ilin yayından “Sportinq”də çıxış edən İsveç millisinin üzvü Viktor Gyökeres ümumilikdə komandanın heyətində 43 oyuna 45 qol vurub və bu performansı ilə diqqət çəkir.



