More

    “Barselona” əzəli rəqibinə “əlcək atdı”

    “Barselona” əzəli rəqibi “Real Madrid”ə qarşı yeni transfer mübarizəsinə başlayıb. Hüquqları “Bayern Münhen”ə məxsus olan müdafiəçi Alfonso Devis Kataloniya klubunun transfer hədəfinə çevrilib.

    Sport-az.com xəbər verir ki, insayder Fernando Polo sosial şəbəkədə bu barədə məlumat yayıb. Xəbərə görə, “Barselona” rəhbərliyi kanadalı futbolçunun transferini həyata keçirmək üçün ciddi addımlar atmağı planlaşdırır. “Real Madrid” isə Devis uğrunda mübarizədə “Barselona”nın əsas rəqibi hesab olunur.

    Məlumata əsasən, “Transfermarkt” Alfonso Devisin bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Futbolçu bu mövsüm “Bayern Münhen” forması ilə 8 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni