“Barselona” klubu futbolçusu Fermin Lopezlə yeni müqavilə imzalamağa hazırlaşır.
Sport-az.com xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, 21 yaşlı ispaniyalı futbolçu ilə müqavilə 2029-cu ilin iyun ayına qədər uzadılacaq. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Bundan başqa, “Barselona” Qavi və Pedri ilə də yeni müqavilə imzalamağı planlaşdırır. Frenki De Yonq və Ronald Arauxo ilə danışıqlar isə hələ davam edir.
Qeyd edək ki, Fermin Lopez bu mövsüm “Barselona”nın heyətində 4 oyunda iştirak edib. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.



