Kataloniya təmsilçisi “Barselona” borclarını ödəmək üçün qeyri-adi addımlar atır.
Mundo Deportivo-ya istinadən Sport-Az xəbər verir ki, klub “sarı-qırmızılı” formasında çıxış edərkən Lionel Messi-nin istifadə etdiyi dolabı xüsusi hərracda satışa çıxarıb.
Bu qiymətli əşyanın ilkin satış qiyməti 350 000 avrodur.
Bundan əlavə, “Barselona” klubunun hərraca çıxarmağı planlaşdırdığı digər əşyalar arasında “Kamp Nou” stadionundakı künc bayraqları, cərimə meydançasının qazon parçaları və stadionun fəaliyyət dövründə soyunub-geyinmə otaqlarında asılmış xatirə şəkilləri yer alır.
Hazırda “Barselona” 2024/25 mövsümündə ev oyunlarını Olimpiya Stadionunda keçirir, çünki “Kamp Nou” stadionunda yenidənqurma işləri davam edir.
İspaniya La Liqasının cari mövsümündə “Barselona” 19 oyundan sonra 38 xal toplayaraq üçüncü yerdə qərarlaşıb. Kataloniyalıların önündə iki Madrid klubu – “Real” (43 xal) və “Atletiko” (41 xal) gəlir.