More

    “Barselona” nə vaxt “Kamp Nou”da oynayacaq?

    “Barselona” klubunun hazırda təmir işləri aparılan “Kamp Nou” stadionuna qayıdacağı tarix müəyyənləşib.

    Sport-az.com-ın məlumatına görə, klub rəhbərliyi bu ilin sonuna qədər “Kamp Nou”ya qayıtmağı planlaşdırır. “Barca Universal”ın yaydığı xəbərə əsasən, klubun direktorlar şurasının üzvü Elena Fort bildirib ki, “2024-cü ilin sonuna qədər “Kamp Nou”ya qayıtmaq üçün çalışırıq. Bununla belə, bəzi amillər planlarımızı dəyişə bilər.”

    Bundan əvvəl, 2023-cü ilin aprelində yayılan xəbərlərə görə, “Barselona” dekabrın 15-də yenidən təmir olunan “Kamp Nou” stadionuna qayıdacağı gözlənilirdi.

    Xatırladaq ki, “Barselona” stadionun təmiri ilə əlaqədar hazırda ev oyunlarını “Stadio Olimpiko”da keçirir. La Liqanın 9 turundan sonra klub 24 xalla liderliyini qoruyur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni