“Barselona”nın yaxın günlərdə böyük bir transfer həyata keçirməyə hazırlaşdığı bildirilib. İspaniyanın nüfuzlu “Todofichajes” nəşri xəbər verir ki, La Liqa nəhəngi “Çelsi”nin ukraynalı gənc ulduzu Mixail Mudriklə ciddi şəkildə maraqlanır.
Maliyyə problemləri ilə üzləşən Kataloniya klubu, bu keçidi reallaşdırmaq üçün Rafinyanı satmaq seçimini nəzərdən keçirir. Braziliyalı vingerin satışı baş tutarsa, “Barselona” bu vəsaitlə Mudriki heyətinə qatmaq niyyətindədir. 23 yaşlı ukraynalı futbolçu bu mövsüm “Çelsi” ilə 4 oyunda çıxış edib və penaltidən 1 qol vurub.
Mudrikin “Transfermarkt” tərəfindən təxmin edilən qiyməti 35 milyon avrodur, bu da “Barselona”nın hazırkı maliyyə durumunu nəzərə alaraq böyük bir sərmayə deməkdir. “Barselona”nın bu transferi həyata keçirməsi üçün Rafinyanın satışından əldə ediləcək vəsait həlledici rol oynayacaq.