“Barselona” İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah ilə maraqlanır.
Sport-az.com sport.es nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı misirli futbolçuya hazırkı komandası hələ də yeni müqavilə təklifi etməyib. Bu vəziyyət “Barselona”nın Salahla marağını artırıb. Salaha yaxın mənbələr bildirir ki, futbolçu komandadan ayrılmağa hazırdır və “Barselona”nın yeni layihəsi ona maraqlı gəlir.
Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul” ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər davam edir.



