1xBet Azerbaijan futbol nəhənglərinin hazırkı durumunu təhlil edir və mövsümün ikinci yarısı üçün perspektivlərini dəyərləndirir.
Pari Sen-Jermen daha yaxşı oynaya bilər
2025-ci ildə parislilər tarixlərində ilk dəfə Çempionlar Liqasını qazandılar, Fransada bütün daxili titullara sahib oldular və buna əlavə olaraq Avropa Superkubokunu da kolleksiyalarına əlavə etdilər. Buna görə də mövsümün əvvəlində Luis Enrikenin yetirmələrinin kifayət qədər motivasiyalı görünməməsi təəccüblü deyildi.
Pari Sen-Jermen-in oyununa mənfi təsir göstərən digər amil isə həqiqi zədələr epidemiyası oldu. Məhz bu səbəbdən «Qırmızı-göylər» uzun müddət Dezire Due və Qızıl top sahibi Usman Dembelenin xidmətindən məhrum qaldılar. Noyabrın əvvəlindən etibarən Afrikanın ən yaxşı futbolçusu Aşraf Hakimi də zədəlilər siyahısındadır və yalnız qış fasiləsindən əvvəl meydançaya qayıdacaq.
Diqqətin itməsi və meydanda lider fiqurların olmaması Pari Sen-Jermen-in Fransa çempionatında bir neçə uğursuz oyuna çıxmasına səbəb oldu. Bu matçlar arasında Marsel və Monako ilə minimal hesablı məğlubiyyətlər də var ki, onların nəticəsində Pari Sen-Jermen turnir cədvəlində liderliyi itirdi və hazırda Lansdan bir xal geri qalır.
Cari mövsümdə parislilərdə hər şey ideal getmir, lakin «Qırmızı-göylər»in azarkeşlərinin narahat olmasına xüsusi əsas yoxdur. Çempionlar Liqasındakı vəziyyət kifayət qədər yaxşıdır: turnirin hazırkı qalibi 6 oyunda 13 xal toplayıb və birbaşa 1/8 finala vəsiqə uğrunda mübarizə aparmaq üçün əla şanslara sahibdir.
Luis Enrike tədricən yetirmələrini öz oyun ritminə qaytarır və ehtiyatında çoxlu taktiki ideyalar var. Yeni transferlər İlya Zabarni və Lüka Şevalye komandaya əla uyğunlaşıb və böyük fayda verirlər, komandanın əsas ulduzları isə zədələrdən bərpa olunur və qarşıdakı ildə rəqibləri darmadağın etməyə hazır olacaqlar.
Flikin sistemi nasazlıq verməyə başladı
Ötən mövsümdə Barselona müdafiədə qeyri-adi taktiki yanaşması ilə bütün futbol Avropasını təəccübləndirmişdi. «Göy-qırmızılar»ın arxa xətti vərdiş olunmadığından xeyli irəlidə yerləşir, rəqib hücumçuları üçün dəfələrlə ofsayd tələsi qururdu. Hansi Flikin qurduğu bu müdafiə modeli uzun müddət qüsursuz işləyirdi, lakin zaman keçdikcə kataloniyalıların rəqibləri bu üsluba uyğunlaşmağa başladılar. Artıq Barsaya qarşı komandalar uzun ötürmələri kataloniyalı mərkəz müdafiəçilərinin arxasına daha aktiv şəkildə göndərməyə başladılar, hücumçular isə sprintdən əvvəl kiçik pauza edərək süni ofsayddan yayınmağı öyrəndilər. Nəticədə kataloniyalılar daha çox qol buraxmağa və vacib xalları daha tez-tez itirməyə başladılar.
«Göy-qırmızılar» hücumda da ciddi problemlər yaşayırlar. Veteran Robert Levandovski zədələr səbəbindən mövsümə ləng başladı və hələlik Çempionlar Liqasında qol vurmayıb, gənc Lamin Yamal isə mətbuat tərəfindən həddindən artıq tez-tez tənqid olunur.
Çoxsaylı çətinliklərə baxmayaraq, Barselona azarkeşlərinin optimizm üçün səbəbləri var. Ferran Torres bütün turnirlərdə artıq 13 qol vurub, Fermin Lopes isə komandanın əsas yarımmüdafiəçilərindən birinə çevrilib. Həmçinin iki aylıq bərpadan sonra kataloniyalıların liderlərindən biri – Rafiniya heyətə qayıdıb və «Göy-qırmızılar»ın hücum potensialını xeyli gücləndirəcək.
Flikin yetirmələri səhvlər üzərində işləməyə, inkişaf etməyə və forma yığmağa davam edirlər. Barselona İspaniya çempionatında Real-dan 4 xal öndə liderlik edir və Çempionlar Liqasının növbəti mərhələsinə çıxması demək olar ki, formalıqdan ibarətdir. Yaz aylarında kataloniyalılar forma zirvəsinə çatacaq və bütün böyük titullar uğrunda mübarizə aparacaqlar.
Üz-üzə qarşılaşma
Cari mövsümdə Pari Sen-Şermen və Barselona Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda qarşılaşmışdılar. Luis Enrikenin komandası bir neçə zədələnmiş lideri olmadan İspaniyaya yollanmışdı, buna görə də parislilərin start heyətində gənc və təcrübəsiz Sennî Meyulu və İbrahim Mbaye yer almışdı. Kadr çatışmazlığı «Qırmızı-göylər»ə əsas statistik göstəricilərdə rəqibi üstələməyə və daha keyfiyyətli futbol nümayiş etdirməyə mane olmadı. Görüşün nəticəsi isə PŞJ-in 2:1 hesablı haqlı qələbəsi oldu.
1xBet ekspertlərinin fikrincə komandaların perspektivləri
Pari Sen-Şermen və Barselona Çempionlar Liqasının qalibi olmaq üçün əsas iddiaçılar beşliyində yer alır. Beynəlxalq mərc brendi parislilərin titulunu qoruyacağı variantına 8.1 əmsal təklif edir, kataloniyalıların mümkün triumfu isə 10.2 əmsalı ilə qiymətləndirilir. Kuboku qazanmaq şansı daha yüksək olan yalnız üç klub var: Arsenal (4.55), Bavariya (5.6) və Mançester Siti (7.3).
Öz milli çempionatlarında həm PSJ, həm də «Göy-qırmızılar» birmənalı favoritlər sayılır. Luis Enrikenin komandasının Liqa 1-də çempionluğuna verilən əmsal 1.07-dir, Barsanın mövsümü birinci pillədə başa vurmasına olan əmsal isə 1.68 təşkil edir.
Pari Sen-Jermen və Barselonanın çıxışlarını gələn il də izləməyə davam edin!



