More

    “Barselona”nın idman direktoru Deku: Ronaldo ilə Messi arasında inanılmaz oxşarlıqlar var

    “Barselona”nın idman direktoru Deku Kriştiano Ronaldo və Lionel Messini müqayisə edib. Xarici KİV-ə istinadla xəbər verir ki, sabiq yarımmüdafiəçi hər iki futbolçunun həm bənzərliklərini, həm də fərqlərini mətbuata açıqlayıb.

    Deku qeyd edib: “Ronaldo və Messi fərqli xarakterə sahib olsalar da, hər ikisi dahi səviyyəsindədir. Onlar 15 ildən çoxdur ki, futbolun ən yüksək səviyyəsində mübarizə aparırlar, bu, sadəcə inanılmaz deyil, hətta anormaldır. Bu, yalnız futbolda deyil, bütün idman növlərində çox nadir görünən haldır. Onların hər birində başqa heç kəsin yarışa bilməyəcəyi möhkəmlik var və bu, onların ən böyük oxşarlığıdır”.

    Deku həmçinin bildirib ki, o, Portuqaliya millisində Ronaldo ilə, “Barselona”da isə Messiylə birgə forma geyinib. Hal-hazırda Ronaldo “Əl-Nəsr”də, Messi isə “İnter Mayami”də çıxış edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni