“Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen ağır zədədən sonra bərpa prosesi çərçivəsində meydanda məşqlərə başlayıb.
Sport-az.com xəbər verir ki, bu barədə məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
Xatırladaq ki, ter Ştegen La Liqanın 6-cı turunda “Vilyarreal”la keçirilən matçda (1:5) dizindən xəsarət alıb və oyunu tərk etmək məcburiyyətində qalıb.