Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi açıqlanıb

Azərbaycan Basketbol Liqasında (ABL) kişilər arasında keçirilən pley-off mərhələsinin ikinci oyunları üçün rəsmi tarixlər müəyyənləşib. Qarşılaşmalar iki qələbəyə qədər davam edən sistem üzrə keçiriləcək və cavab oyunları 20 aprel tarixindən başlayacaq.

İlk cavab oyunu Gəncədə keçiriləcək. Yerli “Gəncə” komandası öz meydanında “Şəki” ilə qarşılaşacaq. Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları artıq başlayıb və bu mərhələ 19 aprel tarixində “Naxçıvan” – “Abşeron” oyunu ilə tamamlanacaq.

21 və 22 aprel tarixlərində isə digər cavab görüşləri baş tutacaq. “Sərhədçi” öz meydanında “Sabah”ı, “Ordu” isə “Neftçi”ni qəbul edəcək. Üçüncü oyun günündə “Abşeron” və “Naxçıvan” komandaları üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası – Pley-off mərhələsi (ikinci oyunlar):

20 aprel

  • Saat 14:00 – Gəncə – Şəki
    Məkan: Gəncə İdman Sarayı

21 aprel

  • Saat 19:00 – Sərhədçi – Sabah
    Məkan: Sərhədçi İdman Mərkəzi
  • Saat 19:00 – Ordu – Neftçi
    Məkan: Bakı İdman Sarayı

22 aprel

  • Saat 19:00 – Abşeron – Naxçıvan
    Məkan: Bakı İdman Sarayı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni