Almaniya futbolunun nəhəngi “Bavariya” qərar verib ki, ulduz futbolçusu Leroi Sanenin müqaviləsini yeniləməyəcək. Sport-Az portalının SporX-ə istinadən verdiyi məlumata görə, bu qərarın əsas səbəbi Sanenin aşağı məhsuldarlığıdır.
“Bavariya” rəsmiləri mövsümün sonunda klubun Sane ilə yollarını ayıracağını açıqlayıblar. Bu, o deməkdir ki, vinger mövsümün sonunda azad agent statusu qazanaraq digər klublarla müqavilə imzalamaq hüququ əldə edəcək.
Sanenin “Bavariya”ya transferi 2020-ci ildə gerçəkləşib. “Mançester Siti”dən 80 milyon avroya transfer olunan futbolçudan böyük ümidlər bəslənsə də, o, gözlənilən səviyyədə məhsuldarlıq göstərə bilməyib.
Mövsümün sonunda Sanenin karyerasını hansı klubda davam etdirəcəyi maraq doğurur. Ulduz futbolçuya Avropanın bir çox tanınmış klublarının maraq göstərdiyi bildirilir.