More

    “Bavariya”nın qapıçısı Sven Ulreyx ailəsində faciə: 6 yaşlı oğlu vəfat edib

    Almaniyanın “Bavariya” klubunun qapıçısı Sven Ulreyx şəxsi həyatında ağır itki ilə üzləşib.

    sport-az.com xəbər verir ki, futbolçunun 6 yaşlı oğlu Len, uzun müddət davam edən xəstəlik səbəbilə vəfat edib.

    Ulreyx bu acı xəbəri sosial şəbəkə hesabında paylaşıb:

    “Oğlumuz Lenin uzun və ağır xəstəlikdən sonra bir neçə həftə əvvəl dünyasını dəyişdiyini böyük kədər hissi ilə bildiririk. İndi qızımızla birlikdə tədricən normal həyata qayıtmağa çalışırıq”.

    Klub karyerası
    Qeyd edək ki, Sven Ulreyx 2021-ci ildən “Bavariya” klubunun heyətində çıxış edir. O, həmçinin Almaniyada peşəkar karyerası boyunca bir neçə digər komandanın da formasını geyinib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni