“Bavariya” futbolçuların maaş xərclərini azaltmaq məqsədilə bir sıra addımlar atmağa qərar verib.
Sport-az.com-in məlumatına görə, Almaniya klubu yüksək maaş alan üç vingeri — Kinqsli Koman, Leroy Sane və Serj Qnabri ilə bağlı təklifləri dəyərləndirməyi planlaşdırır. Münhen təmsilçiləri bu oyunçulardan ən azı biri ilə vidalaşaraq həm transfer gəliri əldə etməyi, həm də maaş xərclərinə qənaət etməyi düşünür. Bu üç futbolçunun ümumi illik maaş ödənişi təxminən 60 milyon avroya çatır.
Qeyd edək ki, “Bavariya” hazırda Bundesliqada 10 oyundan 26 xal toplayaraq liderliyini davam etdirir.



