More

    Bədavi ilə Mahiri bu gün nə gözləyir?

    Bu gün Azərbaycan millisi Millətlər Liqasının IV turunda Slovakiya ilə qarşılaşacaq.

    İdman.biz xəbər verir ki, Bakıdakı qarşılaşma bəzi futbolçular üçün əlamətdar yubileylərlə yadda qalacaq. Xüsusilə Bədavi Hüseynov və Mahir Emreli bu gün yubiley oyunlarına çıxmaq imkanı əldə edəcəklər.

    Bədavi Hüseynovun 75-ci oyunu

    Hazırda yığmada ən çox oyun keçirən futbolçulardan biri olan Bədavi Hüseynov, bu gün meydana çıxdığı təqdirdə Azərbaycan millisində 75-ci oyununu keçirəcək. Bu göstərici ilə Bədavi, Tərlan Əhmədov və Mahmud Qurbanovla bərabərləşərək, yığma tarixinin 7-ci ən çox oyun keçirən futbolçusu olacaq. Ondan daha çox oyun keçirən yalnız 6 futbolçu var.

    Mahir Emreli “50”ni yarılayacaq

    Hücumçumuz Mahir Emreli Slovakiya ilə matçda meydana çıxdığı halda Azərbaycan millisində 50-ci oyununu keçirəcək. Bu, Mahir üçün xüsusi əhəmiyyət kəsb edir, çünki o, milli formada 50 oyun keçirən 21-ci futbolçu olacaq.

    Digər əlamətdar hadisələr

    Fernandu Santuşun rəhbərliyi altında olan bəzi futbolçular üçün də bu gün əlamətdar ola bilər. Aydın Bayramov, Zamiq Əliyev və Vadim Abdullayev bu gün əsas yığmada debüt etmək imkanı qazanacaqlar.

    Elvin Cəfərquliyev və Abbas Hüseynov 25-ci, Rüstəm Əhmədzadə və Ozan Can Kökçü isə 10-cu dəfə milli formada meydana çıxmağı gözləyir. Emin Mahmudov isə vurduğu 14 qolla yığmanın ən çox qol vuran futbolçusu adına şərikdir. Əgər bu gün fərqlənərsə, Qurban Qurbanovu arxada qoyaraq, bu rekorda tək başına sahib olacaq.

    Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni