Belarus milli komandası qarşıdakı yoldaşlıq oyunlarına itki ilə çıxacaq. Komanda həm Tacikistan, həm də Azərbaycan yığmalarına qarşı matçlarda əsas müdafiəçilərindən biri olan Aleksandr Martınoviçin xidmətindən yararlana bilməyəcək.
Belarus millisinin baş məşqçisi Karlos Alos yerli mətbuata açıqlamasında futbolçunun komandadan kənar qalacağını təsdiqləyib. Onun sözlərinə görə, 37 yaşlı müdafiəçi ilə telefon danışığında futbolçunun narahatlıq hiss etdiyini bildirib. Martınoviçin təxminən bir ay müddətində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Belarus yığması 20 mart tarixində Tacikistanın paytaxtı Düşənbədə yerli komanda ilə üz-üzə gələcək. 25 martda isə millimizlə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.



