Benfika – Qarabağ: 1xBet Çempionlar Liqasının ilk tur matçının anonsunu təqdim edir

16 sentyabrda Çempionlar Liqasının 2025/26 mövsümünün əsas mərhələsi start götürəcək. İlk oyunda Qarabağ səfərdə Benfika-ya qarşı çıxacaq. Bu icmalda qarşıdakı görüş barədə əsas məlumatlarla tanış ola bilərsiniz. 

Məkan və vaxt – oyun Lissabonda yerləşən Estadio da Luz stadionunda keçiriləcək. Başlama vaxtı – Bakı vaxtı ilə saat 23:00. 

«Qartallar» «Kanareykaları» yedilər

Ötən mövsüm Portuqaliya çempionatında Benfika 2-ci yeri tutdu və Sportinq-dən 2 xal geri qaldı. Primeyra-da gümüş medal 2025/26 mövsümünün Çempionlar Liqasına 3-cü təsnifat mərhələsindən başlamaq imkanı verdi. «Qartallar» iki dəfə eyni hesabla (2:0) Nitsa-nı məğlub etdi, pley-offda isə Joze Mourinyonun çalışdırdığı Fənərbaxça ilə üz-üzə gəldi. İstanbulda oyun 0:0 hesabı ilə başa çatdı, Lissabonda isə darıxdırıcı qarşılaşmanın taleyini 35-ci dəqiqədə Benfika-nın türk legioneri Kerem Aktürkoğlunun yeganə qolu həll etdi. «Kanareyka»ların məğlubiyyəti Mourinyonun istefası ilə nəticələndi. Qeyd edək ki, məşqçilik karyerasına məhz Benfika-da başlamışdı. 

Əsas mərhələyə yüksəldikdən sonra Portuqaliya nəhəngi Ukrayna millisinin və Şaxtyor Donetskin hücumameyilli yarımmüdafiəçisi Georgi Sudakovla gücləndi. Bundan əlavə, avqust ayında Benfika Portuqaliya Superkubokunu qazandı və Primeyra-da keçirdiyi 3 oyunun hamısında qalib gəldi – ümumi hesab 6:1.  

Bizim oğlanlar Avropanın ən güclü klubları arasında

Qarabağ 2024/25 mövsümündə Azərbaycan çempionatını vaxtından əvvəl qazandı və növbəti avrokubok yoluna Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başladı. Addım-addım «Köhlən Atlılar» İrlandiyanın Şelburn klubunu, Şimali Makedoniyanın Şkendiya-sını və Macarıstanın Ferentsvaroş-unu mübarizədən kənarlaşdırdı. 5 oyundan ibarət və ümumi hesabı 13:2 olan qalibiyyət seriyasını yalnız təsnifatın son mərhələsinin cavab görüşündə macarlarla məğlubiyyət dayandırdı. Lakin bu uğursuzluq Qurban Qurbanovun yetirmələrinin iki oyunun nəticəsinə görə üstün çıxmasına və Çempionlar Liqasının 2025/26 əsas mərhələsinə yüksəlməsinə mane olmadı. Komandamızın gələcək rəqibləri arasında Liverpul, Çelsi, Ayaks və Napoli kimi məşhur klublar var. 

Son on ilin ən yaxşı Azərbaycan klubu, 8 il əvvəl ilk dəfə qrup mərhələsində iştirak etdiyi ən nüfuzlu klub turnirindəki uğurunu təkrarladı.  

Ən populyar marketlər üzrə əmsallar: 

  • Benfika-nın qələbəsi – 1.26, heç-heçə – 5.94, Qarabağ-ın qələbəsi – 12.70.
  • Hər iki komanda qol vuracaq (bəli) – 2.16, (xeyr) – 1.63.
  • Total 2,5-dən çox – 1.62, total 2,5-dən az – 2.36.
  • Benfika-ya fora (-1,5) – 1.74, Qarabağ-a fora (1,5) – 2.14.

1xBet mobile yüklə tətbiqi Benfika – Qarabağ oyununa və digər idman hadisələrinə stabil internet bağlantısı olan istənilən məkanda mərc etməyə imkan verir. Hələ də qlobal brendin müştərisi olmayanlara isə sürətli qeydiyyat və ilk depozit üçün səxavətli bonus təqdim olunur

Şəxsi görüşlərin tarixi – 16 sentyabrda Benfika və Qarabağ ilk dəfə bir-birinə qarşı oynayacaqlar. 
Kim favoritdir? – Benfika 76% qələbə ehtimalı ilə açıq favorit sayılır. Qarabağ-ın qələbə ehtimalı cəmi 8%-dir, heç-heçənin ehtimalı isə 16% təşkil edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni