“Beşiktaş” Türkiyə kubokuna erkən vida etdi – “Göztəpə” 49 ildən sonra yarımfinalda

Türkiyə kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Bu mərhələnin ən böyük sürprizi İstanbul nəhəngi “Beşiktaş”ın yarışdan kənar qalması olub.

sport-az.com-ın məlumatına görə, “Beşiktaş” öz meydanında “Göztəpə”ni qəbul edib və 1:3 hesablı məğlubiyyətlə turnirdə mübarizəni dayandırıb. Bu nəticə ilə “Göztəpə” 49 illik fasilədən sonra ilk dəfə Türkiyə kubokunun yarımfinalına yüksəlib.

3 aprel – 1/4 final:

  • “Beşiktaş” – “Göztəpə” – 1:3
    Qollar: E. Muçi (30) – R. Kardoso (38, 79-penalti, 81)
    Qırmızı vərəqə: T. Sanuç (36, “Beşiktaş”)

Əvvəlki 1/4 final qarşılaşmalarının nəticələri:

2 aprel:

  • “Trabzonspor” – “Bodrumspor” – 3:2
  • “Fənərbaxça” – “Qalatasaray” – 1:2

1 aprel:

  • “Konyaspor” – “İsgəndərunspor” – 3:0

Yarımfinal cütlükləri belə formalaşıb:

  • “Trabzonspor” – “Göztəpə”
  • “Konyaspor” – “Qalatasaray”

Yarımfinal mərhələsinin qarşılaşmaları 22 aprel 2025-ci il tarixində keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni