More

    “Beşiktaş”ın keçmiş müdafiəçisi Fabrik Nsakala: “Neftçi”də Vensan Abubakarın olması böyük üstünlükdür

    Türkiyənin “Beşiktaş” klubunda 2020-2022-ci illərdə oynayan, 2020/2021 mövsümündə komandası ilə ölkə çempionluğu qazanan Konqo millisinin müdafiəçisi Fabrik Nsakala, sabiq həmkarı Vensan Abubakarın “Neftçi”yə transferindən danışıb.

    35 yaşlı müdafiəçi AZƏRTAC-a açıqlamasında Abubakarın peşəkarlığı və əzmkarlığını yüksək qiymətləndirib: “Həyatımda belə öz üzərində çalışmış futbolçu ilə qarşılaşmamışam. O, istedadlı və mübarizidir. Səhnəyə hansı formada dövrəcəyini səbirsizliklə gözləyirəm. Vensan güclü, sürətli və texnikası ilə seçilən oyunçudur. “Neftçi”də belə bir futbolçunun olması komanda üçün böyük faydadır.”

    Qeyd edək ki, Vensan Abubakar “Neftçi” ilə 1+1 illik müqavilə imzalayıb. Öncəki illərdə o, “Portu” (Portuqaliya), Əl-Nəsr (Səudiyyə Ərəbistanı), “Beşiktaş” və “Hatayspor” (hər ikisi Türkiyə) kimi tanınmış klublarda çıxış edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni