Bətris Çebet 5000 metrdə dünya rekordu qırdı

İkiqat olimpiya çempionu, Keniyalı atlet Bətris Çebet qadınlar arasında 5000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyən edib. O, bu nəticəni ABŞ-ın Oreqon ştatının Yucin şəhərində keçirilən Brilliant Liqa mərhələsində göstərib.

Tarixi nəticə – 13 dəqiqə 58 saniyə

Çebet finişə 13 dəqiqə 58,06 saniyəyə çataraq əvvəlki rekordu geridə qoyub. Əvvəlki rekord 2023-cü ilin sentyabrında Efiopiyalı Qudaf Tseğay tərəfindən müəyyən edilmişdi – 14:00,21.

İlk üçlük belə formalaşdı:

  • Bətris Çebet (Keniya) – 13:58,06 (yeni dünya rekordu)
  • Aqnes Jebet Nqetiç (Keniya) – 14:01,29
  • Qudaf Tseğay (Efiopiya) – 14:04,41

“Yalnız rekorda köklənmişdim”

“Yucinə gələndə məqsədim birbaşa dünya rekordu qırmaq idi. Nəticə göstərdi ki, bu məqsədə çatdım və çox xoşbəxtəm”, – deyə Çebetin sözlərini BBC sitat gətirib.

Qeyd edək ki, Bətris Çebet Parisdə keçirilən Olimpiya Oyunlarında 5 km və 10 km məsafələrdə iki qızıl medal qazanmışdı. Bundan əlavə, 2024-cü ilin mayında o, 10 000 metr məsafədə də dünya rekordu ilə yadda qalmışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni