Bütün idmançılar və biz bu möhtəşəm dağ-xizək kompleksində olmaqdan çox məmnunuq.
Bu sözləri jurnalistlərə Beynəlxalq Dağ Xizəyi Federasiyasının baş katibi Jordi Kanals Fontan bildirib.
“Bizim üçün ən mühüm amil Azərbaycanın qonaqpərvərliyi oldu. Ümid edirəm ki, burada keçirilən Dünya Kuboku gələcəkdə Şahdağda beynəlxalq tədbirlər və Avropa çempionatlarının keçirilməsinə zəmin yaradacaq və bu tədbirlər mütəmadi olaraq təşkil olunacaq,” – deyə baş katib vurğulayıb.