Azərbaycan I Liqasında dekabr ayının ən gözəl qolunun müəllifi olan Bilal İsmayılov xüsusi mükafatla təltif edilib.
Sport-az xəbər verir ki, Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan “Ayın qolu” layihəsi çərçivəsində “Cəbrayıl” klubunun futbolçusu bu fəxri adına layiq görülüb.
Mükafat I Liqanın XII turunda “Qaradağ Lökbatan” – “Cəbrayıl” matçından əvvəl təqdim edilib. Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev futbolçuya mükafatını şəxsən təqdim edib.



