UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri artıq satışa çıxarılıb. Qarşılaşma noyabrın 16-da saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.
Sport-az.com AFFA-nın saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda bilet satışı yalnız oyun günü üçün nəzərdə tutulub. Oyuna biletlərin qiymətləri aşağıdakı kimidir:
Bilet Kateqoriyaları və Qiymətlər:
- 1-ci Kateqoriya: 5 AZN
- 2-ci Kateqoriya: 2 AZN
- VİP: 20 AZN
iTicket.az satış məntəqələri:
- Gənclik Mall
- 28 Mall
- Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
- Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
- 1 Saylı ASAN xidmət mərkəzi
- 2 Saylı ASAN xidmət mərkəzi
- 3 Saylı ASAN xidmət mərkəzi
- 4 Saylı ASAN xidmət mərkəzi
- 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi
Azarkeşlər bilet almaq üçün göstərilən məntəqələrə yaxınlaşa bilərlər.



