31 yanvar tarixində növbəti Azərbaycan Şahmat Çempionatı start götürəcək.
Azerisport.com xəbər verir ki, iştirakçılar arasında Birinci Liqada uğurla çıxış etmiş yeddi şahmatçı da yer alır.
Kişilər arasında turnirin qalibi Murad İbrahimli olub və o, 2500 manat mükafat qazanıb. Qadınlar arasında isə birinci yeri Lalə Hüseynova və Məryəm Ağaverdiyeva bölüşüblər. Qadınlar üzrə çempion 1200 manat mükafat alacaq.