Birinci və yeganə: Krosbi NHL-də unikal rekorda imza atdı

“Pitsburq Pinqvinz”in hücumçusu Sidni Krosbi NHL-in müntəzəm mövsümünün növbəti matçında üç xal qazanaraq cari mövsümdəki aktivini 72-yə (29 qol + 43 asist) çatdırıb. Aldığı zədələri nəzərə alsaq, təcrübəli oyunçu bu mövsüm maksimum 70 matçda iştirak edə biləcək. Lakin bu, onun hər oyuna orta hesabla birdən çox xal toplamaq hədəfinə mane olmayacaq.

Bununla da Krosbi NHL tarixində ardıcıl 21 mövsüm ərzində hər oyuna orta hesabla ən azı bir xal toplayan ilk xokkeyçi kimi tarixə düşüb. Maraqlıdır ki, bu möhtəşəm nəticəni hətta əfsanəvi Ueyn Qretzki belə təkrarlaya bilməyib. “Pitsburq”un kanadalı ulduzunun karyerasında keçirdiyi oyun sayından daha az xal topladığı tək bir mövsüm belə olmayıb.

Ümumilikdə, Krosbi karyerası ərzində buz üzərinə çıxdığı 1418 matçda 1759 xal toplayaraq adını idman tarixinin qızıl hərflərinə yazdırıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni