Boks dünyasında qarşıdakı aylarda bir sıra səs-küylü və titul xarakterli döyüşlər planlaşdırılıb. Müxtəlif çəkilərdə çempionluq kəmərləri uğrunda mübarizələr və ulduz boksçuların rinqə çıxışı azarkeşlərin böyük marağına səbəb olur. Aşağıda ən diqqətçəkən qarşılaşmaların siyahısı təqdim olunur.
Qarşıdakı döyüşlər:
- 28 fevral – Qlendeyl, ABŞ
Emanuel Navarrete – Eduardo Nunez
(WBO və IBF yarımyüngül çəki titulları uğrunda) - 28 mart – Las-Veqas
Sebastyan Fundora – Kit Turman
(WBC birinci orta çəki titulu uğrunda) - 4 aprel – London
Deontey Uaylder – Derek Çisora - 11 aprel
Tayson Fyuri – Arslanbek Məhəmmədov - 2 may – Las-Veqas
Gilberto Ramires – Devid Benavidez
(WBO və WBA yarımağır çəki titulları uğrunda) - 9 may – Mançester, İngiltərə
Fabio Uordli – Daniel Dyubua
(WBO ağır çəki titulu uğrunda) - 19 sentyabr – Las-Veqas, ABŞ
Floyd Meyvezer – Menni Pakyao
Xüsusilə payızda baş tutacaq Meyvezer – Pakyao qarşılaşması artıq indidən ilin ən gözlənilən boks hadisələrindən biri kimi qiymətləndirilir. Qarşıdakı aylar rinqdə gərgin və prinsipial mübarizələrlə yadda qala bilər.



