More

    “Böyük Dəbilqə”: Kokauri gümüş, Fətiyev bürünc qazandı

    Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri bu gün başa çatıb.

    İdman.biz xəbər verir ki, yarışın son günündə 4 Azərbaycan cüdoçusu tatamiyə çıxıb və uğurlu nəticələr əldə edib.

    90 kq

    Murad Fətiyev yarışa ikinci mərhələdən başlayıb. O, gürcü Luka Babutsidzeyə qalib gəlib və 1/4 finalda Braziliya təmsilçisi Ciovani Ferreyranı məğlub edib. Lakin yarımfinalda Yesper Sminkə (Niderland) uduzan Murad bürünc uğrunda Peter Safrani (Macarıstan) ilə qarşılaşıb və qalib gələrək bürünc medal qazanıb. Musa Hüseynli isə ilk görüşdə niderlandlı Mark Van Diykə məğlub olub.

    +100 kq

    İlk mərhələdən azad olan Uşanqi Kokauri Esleken Kedo (Filippin) və serbiyalı İqor Vrançarı məğlub edərək yarımfinala yüksəlib. Burada Niderland təmsilçisi Yelle Snippeyə qalib gələn Kokauri finala vəsiqə qazanıb. Finalda Valeri Endotovskiyə (AİN) uduzan Uşanqi gümüş medalla kifayətlənib.

    İmran Yusifov isə Yur Spiykersə (Niderland) məğlub olaraq turnirlə erkən vidalaşıb.

    Qeyd edək ki, turnirin ilk 2 günündə Zelim Tçkayev (81 kq) qızıl, Açelya Toprak (57 kq) isə bürünc medal qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni