“Formula-1” üzrə mövsümün Braziliya Qran-prisi həyəcanlı mübarizə ilə başa çatıb və yarışın qalibi “McLaren”in britaniyalı pilotu Lando Norris olub. Finişə ikinci olaraq “Mercedes”in gənc pilotu Andrea Kimi Antonelli, üçüncü isə “Red Bull”la Maks Ferstappen çatıb.
Norrisin komanda yoldaşı Oskar Piastri yarışı beşinci yerdə tamamlayıb. “Ferrari”nin əfsanəvi sürücüsü, yeddiqat dünya çempionu Lewis Hemilton isə texniki problemlər üzündən finiş xəttini keçə bilməyib.
Yekun sıralama belə olub:
- Lando Norris (“McLaren”)
- Andrea Kimi Antonelli (“Mercedes”)
- Maks Ferstappen (“Red Bull”)
- Corc Rassell (“Mercedes”)
- Oskar Piastri (“McLaren”)
- Oliver Berman (“Haas”)
- Liam Lawson (“Racing Bulls”)
- İsak Hadjar (“Racing Bulls”)
- Niko Hyulkenberq (“Kick-Sauber”)
Digər pilotlar arasında Aleks Albon, Esteban Okon, Karlos Sayns, Fernando Alonso, Franko Kolapinto, Lens Stroll, Yuki Tsunoda, Lewis Hemilton, Şarl Lekler və Gabriel Bortoletto da yarışa qatılıb.
Braziliya Qran-prisinin nəticəsi çempionatda rəqabətin yeni mərhələyə keçdiyini göstərir.



