More

    Brisben Olimpiadası: Krokodillərlə dolu çay yarışlara uyğun deyil

    2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan avstraliyalı təşkilatçıların planı gözlənilməz əngəllə qarşılaşıb. Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (World Rowing) qərara gəlib ki, Kvinslend ştatında yerləşən və krokodillərlə məşhur olan Fitzroy çayı olimpiya səviyyəli yarışlara uyğun deyil.

    Sport-az-ın məlumatına görə, çayın yarışlar üçün təklif edilməsi yerli hökumət orqanlarının təşəbbüsü ilə baş tutmuşdu. Lakin federasiya öz açıqlamasında bu məkanı beynəlxalq yarışların keçirilməsi üçün texniki standartlara cavab vermədiyi üçün uyğun saymadığını bildirib.

    “Fitzroy çayı təlimlər üçün əlverişli ola bilər, lakin burada nə milli, nə də beynəlxalq miqyasda heç bir texniki qiymətləndirmə aparılmayıb. Bu səbəbdən də çayın yarış məkanı kimi istifadəsi məqsədəuyğun hesab edilmir. Üstəlik, burada nə milli çempionatlar, nə də Avstraliya üzrə böyüklər arasında akademik avarçəkmə yarışları keçirilib”, – deyə qurumun bəyanatında qeyd olunub.

    World Rowing təşkilatı əlavə edib ki, belə əhəmiyyətli və yüksək səviyyəli yarışların keçirildiyi məkanda həm təhlükəsizlik, həm də ədalətli rəqabət ön planda olmalıdır. Onların sözlərinə görə, beynəlxalq standartlara cavab verməyən istənilən yer rədd ediləcək və təhlükəsiz, texniki baxımdan uyğun alternativlər axtarılacaq.

    Qeyd edək ki, Fitzroy çayında son illərdə Avstraliya yığma komandası təlimlər keçib və burada universitetlərarası turnirlər də təşkil olunub. Lakin bu təcrübələr, görünür, çayın Olimpiya yarışlarına ev sahibliyi etməsi üçün kifayət deyil.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni