Klublararası Dünya Çempionatının və Konfrans Liqasının qalibi “Çelsi” 2025/26 mövsümü üçün yeni üçüncü formasını təqdim edib. Dəst klubun 2004/05 mövsümündə əldə etdiyi ilk Premyer Liqa titulunun 20 illiyinə həsr olunub.
Məhz həmin mövsümdə “zadəganlar” 50 ildən sonra İngiltərə çempionu olub və bir sıra rekordlar müəyyənləşdiriblər: 95 xal, 15 səfər qələbəsi, 25 quru oyun, 9 səfər qol buraxma göstəricisi, 29 qələbə və 15 buraxılan qol. Bəzi rekordlar, məsələn, ən az buraxılan top və ən çox “quru” oyun hələ də qırılmayıb.
Yeni forma dizaynında həmin tarixi səfər dəstinə istinad edilib: əsas rəng qara, üzərində mavi detallarla, yaxasında isə gümüşü vurğu ilə hazırlanıb.
Bu mövsüm həm də klubun yeni erasının başlanğıcı idi: kişilər Premyer Liqanı qazanarkən, qadın komandası İngiltərənin ali divizionuna yüksəlmişdi. Sonrakı 20 ildə qadınlar 19 titul, o cümlədən 8 dəfə Superliqanın qalibi olublar.
“Çelsi” sosial şəbəkələrində də dəyişiklik edib — klubun paylaşımlarında müasir loqo əvəzinə həmin dövrün retro-emblemi əks olunur.
Qarşıdakı mövsümdə bu simvolizm “Çelsi”yə uğur gətirəcəkmi – sual açıq qalır.



