“Çelsi”nin müdafiəçisi Bencamin Çiluell karyerasını İtaliyada davam etdirə bilər.
Sport-az.com xəbər verir ki, bu barədə məlumatı “The Sun” yayıb. Xəbərə görə, Çiluellin xidmətində “Napoli” klubu maraqlıdır. İtaliya təmsilçisinin baş məşqçisi Entso Mareska, müdafiəçini qış transfer pəncərəsində icarə əsasında öz komandasında görmək istəyir.
Qeyd edək ki, Çiluellin hazırkı müqaviləsi “Napoli” ilə 2027-ci ilin yayına qədər qüvvədədir.