Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsi kulminasiyaya yaxınlaşır. Bu oyun həftəsinin ən vacib qarşıdurmalarına dair MelBet baxış təqdim edirik.
Çelsi – Barselona, 25 noyabr
Dörd turdan sonra komandalar yeddi xal toplayıb və ilk 8-dən iki xal geri qalırlar. Çelsi Bavariyaya uduzub (1:3), Benfikanı məğlub edib (1:0) və Ayaks üzərində inamlı qələbə qazanıb (5:1), dördüncü turda isə Qarabağla xal bölüşüb (2:2). Barselona Nyukasla qalib gəlib (2:1), Paris Sen-Jermenə uduzub (1:2), Olimpiakosu darmadağın edib (6:1) və Brügge ilə heç-heçə oynayıb (3:3). Hər iki komanda autsayderlərlə matçlarda itirilən xallardan sonra reabilitasiya olmaq istəyir və yalnız qələbəyə köklənəcək.
Çelsi beynəlxalq fasiləyə İPL-də üçüncü yerdə yollandı ki, bu da mövsümün əvvəlindəki uğursuzluqlardan sonra futbolçulara əlavə inam verdi. Entso Mareska ideal balansa nail olub və indi komanda oyundan həzz alır.
Barselona yalnız əvvəlki mövsümün səviyyəsinə can ata bilər. Hansi Flikin yüksək müdafiə xətti ilə qurduğu taktika artıq rəqiblər üçün sirr deyil. Onlar katalon oyun üslubunun zəif tərəflərindən istifadə etməyi öyrəniblər, İnyigo Martinesin komandadan ayrılması və ofsayd xəttini ideal şəkildə idarə edən əsas fiqurun olmaması isə problemi daha da dərinləşdirib. Çelsi rəqib müdafiəçilərin arxasında boşluqları əla istifadə edir və hücumda sürətli oyunçulara sahibdir, buna görə də qonaqlar üçün oyun asan olmayacaq.
Napoli – Qarabağ, 25 noyabr
Əsas mərhələnin ortasına gəldikdə, çox az adam Qarabağın Napoli-dən daha çox xal toplayacağını düşünürdü. Lakin komandamız turnirə Benfika üzərində qələbə (3:2) və Kopenhagen səfərində inamlı oyunla (2:0) başladı. Atletikoya məğlubiyyət (1:3) ədalətli olsa da, öz meydanımızda Çelsi ilə heç-heçə (2:2) «Köhlən Atlılar»ın növbəti mərhələyə real namizəd olduğunu sübut etdi. Qurban Qurbanovun komandasının 7 xalı var – bu, Çelsi və Barselona ilə eyni göstəricidir.
Antonio Konte çempionluq yarışları üçün ideal məşqçidir, lakin o, Çempionlar Liqasında heç vaxt 1/4 finaldan irəli gedə bilməyib. Mançester Siti ilə məğlubiyyət (0:2) və xüsusilə PSV-dən alınan ağır (2:6) neapolluların ambisiyalarına ciddi zərbə vurdu, lakin Frankfurt Ayntraxtı ilə heç-heçə (0:0) və Lissabonun Sporting üzərində qələbə (2:1) İtaliya çempionunun pley-off mərhələsinə çıxmaq şansını qoruyur.
Napoli – asan rəqib deyil və uğursuz nəticələrdən sonra vəziyyəti düzəltməyə çalışır. Amma Qarabağ artıq sübut edib ki, nəhənglərə meydan oxumağa qadirdir. Gurban Gurbanovun komandasına daha bir optimizm verən fakt isə budur: neapolluların əsas ulduzu və komandanın beyni olan Kevin De Bruyne zədəlidir.
Nə gözləmək olar?
MelBet ekspertləri komandaların şanslarını dəyərləndirib. Çelsi – Barcelona matçında az da olsa üstünlük ingilis komandasına verilir. London klubunun qələbəsinə 2.365 əmsalı ilə mərc etmək olar, Hansi Flikin komandasının qələbəsinə isə 2.688 əmsalı təklif olunur. Heç-heçə nəticəsinin ehtimalı 3.88 əmsalı ilə qiymətləndirilir.
Qarabağın qələbəsinə inanırsan? Bu nəticəyə uğurlu mərc pulunu 10 dəfə artıracaq. Heç-heçə üçün mərclər 5.6 əmsalı ilə qəbul olunur, Napoli qələbəsinə isə əmsal 1.288-dir.MelBet pul ödəyirmi? Əlbəttə, ödəyir! Əsas şərt – platformanın qaydalarına riayət etməkdir. Çempionlar Liqasının ən vacib matçlarına ən yaxşı əmsallarla mərc et və böyük uduşlar qazan!



