More

    Çempionlar Liqası: əsas mərhələnin həlledici oyunlarından öncəki vəziyyət

    2024-25 mövsümünün başlanğıcında Çempionlar Liqasının yeni formatı, MelBet mərc şirkətinin oyunçuları da daxil olmaqla, azərkeşlər arasında bir çox suallara səbəb oldu. Bütün iştirakçıların 36 komandalıq tək bir qrupda olduğu sxem başa düşülməsi çətin görünürdü.

    Ancaq artıq indi aydındır: yeni formatla turnir daha maraqlı və gözlənilməz olub. Qrup mərhələsinin bitməsinə 2 tur qalmış 36 komandadan 33-ü pley-off mərhələsinə çıxmaq üçün iddialıdır, hətta 6 oyundan sonra cəmi 2 xal toplayan Bolonya da. Hələlik yalnız bir komanda – bütün oyunlarını qazanan Liverpul 1/8 mərhələsinə yerini təmin edib.

    Aşağıda 2 son turdan əvvəlki turnir vəziyyəti ilə bağlı MelBet baxışı təqdim olunur.

    Kimlər artıq mübarizədən kənarlaşıb?

    Slovan, Yanq Boyz və RB Leypzig. Təəccüb yaradan yeganə nəticə Almaniya klubunun çıxışıdır. Keçən mövsümdəki heyət və oyun keyfiyyətini nəzərə alsaq, «Buğalar» ən azından ilk 24`lükdə yer almağa namizəd sayılırdılar. Hələlik, Leypzig bu mövsüm Çempionlar Liqasında ən böyük uğursuzluqdur.

    Kimin mübarizədən kənarlaşması təəccüblü olmayacaq?

    27`dən 33`cü yerə qədər olan komandaların istənilən biri. Hazırda cədvəldə 24`cü yerdə olan Zaqreb Dinamonun 8 xalı var, 27`ci yerdəki Şaxtyorun isə cəmi 4 xalı. 2 tur ərzində 4 xal fərqini aradan qaldırmaq çox çətindir, üstəlik ardıcıl 2 oyunu qazanmağa qadir olan komandalar burada demək olar ki, yoxdur. Əgər Bolonya və ya Jirona keçən mövsümün heyətini qoruyub saxlasaydılar, onların uğursuzluğu sürpriz ola bilərdi. Amma indi bu komandaların belə səviyyədə uğurlu çıxış etmək üçün resursları açıq-aşkar çatışmır.

    Favoritlərdən kim uğursuzluğa düçar ola bilər?

    Burada iki açıq-aşkar namizəd var – Mançester Siti və Paris Sen-Jermen. İngilislər 8 xal toplayaraq 22`ci yerdədirlər, fransızlar isə 7 xalla 25`ci mövqedədir. Üstəlik, 7`ci turda bu iki nəhəng Parisdə bir-biri ilə qarşılaşacaq!

    Bu oyunda qələbənin dəyəri fantastikdir, həyəcan isə MelBet casino`dan heç də aşağı deyil! Üstəlik, son turda PSJ Ştutqartda çətin oyuna çıxacaq, Mançester Siti isə cədvəldə Pep Qvardiolanın komandasından yuxarıda olan Brügge ilə qarşılaşacaq.

    Real özünü bir az daha rahat hiss edə bilər – cəmi 9 xalı olsa da, təqvimi xeyli sadədir. Əvvəlcə Zalsburqu qəbul etməli, sonra isə Brestə qonaq getməlidir. Üstəlik, Kilian Mbappe də artıq qollar vurmağa başlayıb, buna görə də Realın erkən mübarizədən kənarlaşacağına inanmaq olmaz.

    Hansı nəhənglər pley-off mərhələsinə çıxmaq üçün mübarizə aparmalı olacaq?

    Yuxarıda adı çəkilən komandalarla yanaşı, İtaliya nəhənglərinin qeyri-sabit çıxışları da diqqət çəkir. İnter yaxşı vəziyyətdədir, lakin Yuventus və Milan ilk 8`likdə yer almaq üçün xeyli səy göstərməli olacaq. Çox şey rəqiblərin nəticələrindən asılıdır, amma təqvim kifayət qədər optimist görünür. Turinlilər Brügge və Benfika ilə, milanlılar isə Jirona və Zaqreb Dinamo ilə qarşılaşmalı olacaqlar.

    Hələlik 1/8 finala birbaşa çıxış zonasından kənarda olan Bavariya da var, lakin komandanın qarşıda Feyenorda səfəri və evdə Slovanla oyunu var – Bundesliqa liderinin bu oyunlarda mütləq qalib gəlməsi gözlənilir.

    Top-8: Sürpriz komandalar yerini qoruya biləcəkmi?

    MelBet pul ödəyirmi? Əlbəttə! Xüsusilə 2024`cü ilin payızında fransız autsayderlərinin uğurlarına mərc edən oyunçular yaxşı qazanc əldə etdilər. Brest və Lill`in bu mərhələdə Top-8`də olacağını çox az adam proqnozlaşdıra bilərdi. Eyni dərəcədə sürpriz olan Aston Villa`nın çıxışıdır. Bu klub Çempionlar Kubokunda 40 ildən çox müddət ərzində iştirak etməyib, amma hazırda cədvəldə 5`ci yeri tutur.

    İngilislərin mövqelərini qoruması asan olmayacaq – onların Monakoya səfəri və Seltik ilə ev oyunu var, hansı ki, Seltikin də irəliləmə şansı var. Amma fransız klublarının təqvimi daha çətindir: Brest Şaxtyorla oyundan sonra Reali qəbul edəcək, Lill isə Liverpula səfər edəcək və Feyenordu`nu qəbul edəcək. Hazırkı sıx vəziyyətdə, son 2 oyunda 4 xal belə onları Top-8`ə daxil etmək üçün kifayət etməyə bilər.

    Razı deyilsiniz? MelBet bukmeker şirkətinin yüksək əmsalları ilə Çempionlar Liqası haqqında biliklərinizi yoxlamaq və qazanc əldə etmək üçün əla fürsətiniz var!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni