UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın qarşılaşacağı komanda açıqlanıb. Sport-az.com-un məlumatına görə, III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu mübarizədən kənarlaşdıran Macarıstanın “Ferentsvaroş” komandası pley-offda Ağdam təmsilçisinə rəqib olacaq.
Oyunların cədvəli:
- İlk qarşılaşma: 19 avqust, Macarıstan
- Cavab oyunu: 26 avqust, Azərbaycan



