UEFA ilk pley-off mərhələsinin yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Sport-Az xəbər verir ki, siyahıya dörd oyunçu daxil edilib.
Namizədlər:
- Vinisius Junior (Real Madrid) – “Mançester Siti” ilə oyunda (3:2) iki assist
- Vangelis Pavlidis (Benfika) – “Monako” ilə matçda (1:0) qələbə qolunun müəllifi
- İqor Payşao (Feyenoord) – “Milan”la oyunda (1:0) həlledici qolu vurub
- Seru Qirasii (Borussiya Dortmund) – “Sportinq”ə qarşı görüşdə (3:0) qol və assist
UEFA Çempionlar Liqasında cavab görüşləri 18-19 fevral tarixlərində baş tutacaq.



