4 noyabrda Avropa klublar futbolunun əsas turniri azarkeşləri eyni anda iki maraqlı qarşılaşma ilə sevindirəcək. Real Liverpula yollanacaq və ötənilki məğlubiyyətin əvəzini çıxmağa çalışacaq, Bavariya isə hazırkı çempion titulunun sahibi Paris Sen-Jermenə meydan oxuyacaq. Bu MelBet baxışda biz Çempionlar Liqasının həftənin əsas oyunlarından nələri gözləmək lazım olduğunu danışacağıq.
Liverpul – Real Madrid: xaos və sabitlik qarşıdurması
Yay transfer dövründə başlanan qlobal yenidənqurma prosesi Arne Slot üçün uğursuz nəticə ilə bitdi. Mövsümə 7 oyundan ibarət qalibiyyət seriyası ilə başlayan «Qırmızılar» sonradan dərin böhrana düşdü. Liverpul son 6 oyunun 5-də məğlub olub və hələ ki, uğursuzluqlar tunelinin sonunda işıq görə bilmir.
Vaxtilə Vircil van Deykin rəhbərlik etdiyi intizamlı müdafiə indi idarəolunmaz xaosa çevrilib. Liverpul çox vaxt standart vəziyyətlərdən sonra qol buraxır, çoxsaylı ikili mübarizələri uduzur və uzun ötürmələrdən sonra mütəmadi şəkildə qapısını toxunulmaz saxlaya bilmir.
Real Çempionlar Liqasına ardıcıl üç qələbə ilə start verib və yaxın keçmişdəki El-Klasiko uğurundan da ruhlanıb. “Ağlar” Hansi Flikin sehrini dağıdaraq ən prinsipial rəqibini məğlub etməyi bacarıb. Komanda daxilindəki müsbət ab-hava və öz gücünə inam “Enfild”dəki vacib səfər öncəsi məhz lazım olan amillərdir.
Real keçən mövsümdəki fiaskoya görə Liverpuldan revanş almağa və Çempionlar Liqasındakı qələbə seriyasını davam etdirməyə qərarlıdır. Lakin “Qırmızılar” azarkeşləri qarşısında asanlıqla təslim olmayacaq və yəqin ki, Premyer Liqadakı uğursuz seriyanı unutdurmaq üçün ikiqat enerji ilə oynayacaqlar.
Bu qarşılaşmanın baxımlılığına şübhə etmək MelBet şikayetinin əsassızlığı qədər mənasızdır. Hər iki komanda qələbəyə köklənib və “Enfild”də tamaşaçılara möhtəşəm futbol şousu bəxş edəcək.
Paris Sen-Jermen – Bavariya: liderlərin döyüşü
Çempionlar Liqasının 4-cü turunun mərkəzi qarşılaşmasında əsas mərhələnin liderləri üz-üzə gələcək. Paris Sen-Jermen və Bavariya turnirin startında 3 qələbə qazanıb və onların top fərqi də eynidir. Bu komandaların son görüşü Klub Dünya Çempionatında baş tutmuş və parislilərin 2:0 hesablı inamlı qələbəsi ilə nəticələnmişdi. O vaxtdan bəri Vensan Kompani komandasını xeyli gücləndirib və hazırkı çempiona yeni bir çağırış atmağa hazırdır.
Paris Sen-Jermen Atalantanı (4:0) və Bayer 04-ü (7:2) darmadağın edib, həmçinin gərgin mübarizədə Barselona üzərində (2:1) qələbə qazanıb. Fransa çempionatında parislilər ötən mövsümlə müqayisədə bir qədər az sabit təsir bağışlasalar da, titul uğrunda mübarizədə favorit statuslarını qoruyurlar. Usman Dembelenin və digər “qırmızı-göylər”in liderlərinin zədələrdən tam sağalması Bavariya ilə oyun öncəsi komanda üçün böyük üstünlükdür.
Vensan Kompani Bavariyaya özünə inamı qaytara bilib və indi komanda demək olar ki, hər oyunda qol yağışı təşkil edir. Harri Keyn inanılmaz formada çıxış edir və Çempionlar Liqasının 3 oyununda 5 qol vurub. Onun Maykl Olise və Luis Diasla birlikdə yaratdığı hücum triosu istənilən rəqibin müdafiəsini yarmağa qadirdir.
Komandaya Conatan Tanın qoşulması ilə Bavariya müdafiədə daha da etibarlı olub, Konrad Laymerin cinah müdafiəçisinə çevrilməsi isə münhenliləri oyunun bütün mərhələlərində maksimum dərəcədə proqnozlaşdırılmaz edib.
Çempionlar Liqası sürət yığır və azarkeşləri fasiləsiz isti qarşılaşmalarla sevindirir. Qrandların döyüşlərini izləyin və MelBet ilə birlikdə ekstra-klas futbolun həzzini yaşayın!



