More

    Çempionlar Liqasının finalına baxış: İnter-in katenaççosu Pari Sen-Jermen-in pressinq maşınına qarşı

    31 may tarixində Münhendəki Allianz Arenada Avropa klub futbolunun ən nüfuzlu mükafata görə əfsanəvi döyüşü baş tutacaq. 1xBet-in yeni icmalında biz final öncəsi analiz təqdim edir və komandaların uğur şanslarını qiymətləndiririk.

    Pari Sen-Jermenın yeni kimliyi

    İbrahimoviç və Kavanidən tutmuş Messi, Mbappe və Neymara qədər PSJ həmişə Parc des Princes-də öz «Galaktikos» versiyasını yaratmaq istəyi ilə assosiasiya olunurdu. Lakin Luis Enrikenin gəlişi ilə klub tarixində yeni bir fəsil başladı – ulduzlardan yox, aydın oyun ideyasından ibarət komanda kimliyinin formalaşması.

    İspan mütəxəssis gənc, atletik və böyük qələbələrə ac futbolçulara güvəndi – və bu seçimində yanılmadı. «Fermerlər liqası, hə?» – deyə Arsenal üzərində qələbədən sonra Luis Enrike ironik şəkildə münasibət bildirdi. Pley-off mərhələsində parislilər İPL komandalarına qarşı əsl ölümcül silaha çevrildilər: Liverplul, Aston Villa və Arsenal üzərində ardıcıl üç qələbə qazandılar. Qrup mərhələsində də PSJ Mançester Sitiyə qalib gəlmişdi. Enrike öz şərhlərində illərdir Fransa çempionatının səviyyəsini ələ salan və onu İngiltərə Premyer Liqası ilə müqayisə edən tənqidçilərə açıq cavab verirdi.

    Artıq heç kim parislilərin səviyyəsini sual altına almır: onlar yalnız nəticələri ilə deyil, həm də oyun üslubları ilə azarkeşlərin qəlbini fəth ediblər. Pari Sen-Jermen Çempionlar Liqasındakı hər oyunda dominantlıq edir və rəqibləri effektiv pressinqlə boğur.

    Luis Enrike tiki-takanın bütün üstünlüklərini futbolçularının atletikliyi və komanda oyunundakı yüksək intensivliklə birləşdirməyi bacardı. Parislilər həm ikili mübarizələrdə, həm kombinasiya, həm də əks-hücum oyununda güclüdürlər. Çempionlar Liqasının pley-off mərhələsində hələ heç bir klub Pari Sen-Jermenın yeni kimliyinə qarşı bir cavab tapa bilməyib.

    «Neradzurri» nağılı

    Simone İnzaği tez-tez Avropanın ən dəyərləndirilməmiş məşqçilərindən biri adlandırılır və bu fikirdə həqiqət payı var. O, İnter azarkeşlərinə iki Çempionlar Liqası finalı, bir Skudetto, iki İtaliya kuboku və bir Superkubok bəxş edib. İnzaği böyük transfer büdcəsi olmadan möhkəm bir komanda qurmağı bacardı və onu futbol Olimpinə yüksəltdi.

    Çempionlar Liqasının yarımfinalında Barselona ilə duel haqlı olaraq futbol tarixinin ən möhtəşəm geri dönüşləri arasında yer aldı, həlledici qolu vuran Françesko Açerbinin hekayəsi isə Ceymi Vardinin karyerası səviyyəsində Hollivud ekranlaşdırmasına layiqdir.

    İnter Çempionlar Liqasının əsas favoriti sayılan Barselona-nı mübarizədən kənarlaşdırmağı bacardı və indi onlar üçün mümkünsüz heç nə yoxdur. «Neradzurri» Avropanın ən yaxşı müdafiəsinə sahibdir, və bu müdafiə Paris təmsilçisinin Kvaratsxeliya–Dembele–Barkola hücum triosunun təhlükəsini neytrallaşdırmaq gücünə malikdir. Qapıçı Yann Zommer isə hər zaman müdafiəçilərini inanılmaz seyvlərlə sığortalamağa hazırdır.

    İdeyalar döyüşü

    Finalda azarkeşləri məşqçi fəlsəfələrinin toqquşması gözləyir: İnter-in etibarlı müdafiəsi ilə Paris təmsilçisinin incə kombinasiya oyunu və fasiləsiz pressinqi üz-üzə gələcək. Hər iki komanda böyük qələbələrə həsrət qalıb: «Neradzurri» sonuncu dəfə Çempionlar Liqasını 15 il əvvəl – hələ Joze Mourinyonun dövründə qazanıb, Paris Sen-Jermen isə klub tarixində ilk belə uğurun astanasındadır.Çempionlar Liqasının finalına baxın və 1xBet ilə bu unudulmaz şounun dadını çıxarın!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni