1xBet klub futbolunun ən nüfuzlu turnirinin həlledici mərhələsinə çıxış uğrunda keçiriləcək ikioyunlu duelləri elan edir. Qarşılaşmalar 17–18 və 24–25 fevral tarixlərində baş tutacaq.
Galatasaray – Yuventus
Kenan Yıldız futbola başladığı vətəninə qayıdır ki, Türkiyənin ən titullu klubuna qarşı bacarığını nümayiş etdirsin. Viktor Osimhen və komanda yoldaşları isə futbol nəhənglərinin adından çəkinmir – istənilən rəqibə öz oyununu sırımağa hazırdır. Azarkeşləri gənclik və enerjinin təcrübə və ustalıqla qarşılaşdığı maraqlı və unudulmaz duel gözləyir. Bu qarşılaşmanı qaçırmaq olmaz.
Benfika – Real Madrid
Çempionlar Liqasının əsas mərhələsinin son turunda komandalar azarkeşlərə əsl futbol trilleri yaşatdı. Qapıçı Anatoli Trubinin vurduğu qol «Qartallar»ı pley-off mərhələsinə daşıdı və son ayların ən yaddaqalan epizodlarından birinə çevrildi.
«Kral klubu» hələ də Alvaro Arbeloanın tələblərinə uyğunlaşma mərhələsindədir və hiyləgər Joze Mourinyo bu vəziyyətdən yararlanaraq keçmiş klubuna sürpriz yaşada bilər. The Special One hər zaman pley-off qarşılaşmalarının ustası olub və bu dəfə də onun komandası bu mərhələnin əsas sensasiyasına imza ata bilər.
Borussiya Dortmund – Atalanta
«Qara-sarılar» sabit oyunları ilə təəccübləndirir və Bundesliqada inanılmaz Bayern-in təqibini davam etdirirlər. Rafaelle Palladinonun rəhbərlik etdiyi Atalanta isə A Seriyasında istədiyi nəticələri əldə edə bilmir. Buna görə də avrokubok uğuru bu mövsüm üçün demək olar ki, yeganə xilas yolu sayılır.
Pley-off qarşılaşmalarından əvvəl Atalanta təcrübəli hücumçu Cakomo Raspadori ilə gücləndi və məhz onun qollarının köməyi ilə alman futbol maşınının qarşısını almağa çalışacaq.
Monako – Pari Sen-Jermen
Parislilər pley-off mərhələsinə birbaşa vəsiqə qazanmağa bir addım qalmış dayandılar, «Qırmızı-ağlar» isə son anda pley-off qatarına minməyi bacardılar. Qarşıdakı duelin açıq-aşkar favoriti Pari Sen-Jermendir və bir çox ekspertlər artıq bu qarşılaşmanı ötən mövsümlə müqayisə edirlər. Parislilər yenidən Liqa 1 təmsilçisi ilə pley-offda qarşılaşacaq. Ola bilsin ki, bu, çempionluğun uğurla müdafiəsinə atılan ilk addımdır.
Qarabağ – Nyukasl
Oğlanlarımız artıq ikiqat sensasiyaya imza atıblar: əvvəlcə əsas mərhələyə vəsiqə qazandılar, daha sonra isə pley-offa aparan şanslı bileti ələ keçirdilər. Qarabağ bir daha tarix yaza və Çempionlar Liqasının pley-offunda çıxış edən ilk Azərbaycan komandası ola bilər. Bunun üçün isə güclü Nyukasl səddini keçmək lazımdır.
Bu avrokubok kampaniyasında «Köhlən Atlar» artıq iki dəfə İngiltərə klublarına qarşı oynayıblar. «Enfild»də «Liverpul»a qarşı mübarizə aparmaq alınmasa da, öz azarkeşləri qarşısında Çelsi-yə qarşı layiqli oyun göstərərək 2:2 hesablı heç-heçə qazanıblar. İndi isə toplanmış təcrübədən istifadə edib futbol Avropasını bir daha təəccübləndirməyin vaxtıdır.
Brügge – Atletiko
Əsas mərhələdə Belçika təmsilçisi Marsel Olimpikinə qarşı 3:0 hesablı qələbə, Barselona ilə məhsuldar heç-heçə (3:3) və parlaq cinah hücumları ilə yadda qaldı. Çətin təqvimə baxmayaraq, Brügge 8 oyunda 10 xal toplayaraq əsas mərhələni 19-cu pillədə başa vurdu.
Bu mövsüm Atletiko sanki öz DNK-sını itirib və artıq superetibarlı müdafiəsi ilə öyünə bilmir. «Matrasçılar»ın silkələnməsi və yeni kimlik tapması vacibdir, əks halda onlar orta səviyyəsində ilişib qala bilərlər.
Bode-Glimt – İnter
Ötən mövsüm Norveç təmsilçisi Avropa Liqasında səs-küyə səbəb olmuşdu, bu dəfə isə Çempionlar Liqasında parlayır. Əsas mərhələdə Bode-Glimt Mançester Siti-ni 3:1, Atletiko-nu isə 2:1 hesabı ilə məğlub edərək gücünü göstərdi və indi klub futbolunun ən nüfuzlu turnirinin sabiq finalçısına qarşı döyüşməyə hazırdır.
İnter A Seriyasında parlaq qələbə seriyası ilə irəliləyir və heyətində təcrübəli futbolçular çoxdur və bu oyunçular istənilən rəqibi sırf ustalıq hesabına məğlub edə bilirlər. Amma bu, emosional və motivasiyalı Bode-Glimti saxlamaq üçün kifayət edəcəkmi?
Bayer 04 – Olimpiakos
Komandalar artıq əsas mərhələnin sondan əvvəlki turunda üz-üzə gəlmişdi. O vaxt yekun fitdən sonra Yunanıstan təmsilçisi sevinirdi – doğma meydanda «quru» qələbə qazandılar (2:0). Şübhəsiz ki, Bayer 04 revanş almağa can atır: Kasper Yulmannın rəhbərliyi altında komanda daha sabit oyun göstərir, lakin hələ də öz potensialını tam göstərə bilmir.
Bu duelin taleyi böyük ölçüdə Olimpiakos-un əsas ulduzu, hücumçu Ayub El-Kaabinin bu qarşılaşmaya hansı formada çıxacağından asılı olacaq. Hazırda mərakeşli futbolçu zədəlidir, lakin Bayer 04 ilə görüşlərə qədər meydana qayıtması gözlənilir.
Demək olar ki, hər cütdə aşkar favorit yoxdur və istənilən nəticə mümkündür. 1xBet Azərbaycan ilə Çempionlar Liqasının pley-off mərhələsindəki intriqa dolu qarşılaşmalardan zövq almaq fürsətini qaçırmayın!



