More

    Çin komandasında dəyişiklik: Baki Dünya Kubokunda əsas lider iştirak etməyəcək

    18-20 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Çin yığmasının heyətində gözlənilməz dəyişiklik baş verib.

    Sport-az.com xəbər verir ki, Paris Olimpiadasının çoxnövçülük üzrə yeddincisi, Asiya çempionatlarının dördqat medalçısı və Asiya Oyunlarının bürünc mükafatçısı Vanq Zilu turnirdə iştirak etməyəcək. Onun yerinə Bakıya Li Maotunq göndəriləcək. Həmçinin fərdi proqramda Vanq Zixan da ölkəsini təmsil edəcək.

    Çin yığması yalnız fərdi gimnastlarla kifayətlənməyəcək — qrup hərəkətləri üzrə komanda yarışlarında da iştirak edəcək. Burada da maraqlı məqam odur ki, Çin heyəti Parisdə qızıl qazanan heyətin bəzi üzvlərini qoruyub saxlayıb. Din SinyiVan Lançzin bu dəfə də komandanın şərəfini qoruyacaqlar.

    Bu dəyişikliklərlə Çin yığmasının Bakıda necə çıxış edəcəyi böyük maraq doğurur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni