Aprelin 4-də Londonda yerləşən məşhur “The O2 Arena” kompleksində böyük boks gecəsi keçiriləcək. Gecənin əsas hadisəsi isə ağır çəki dərəcəsində maraqla gözlənilən qarşılaşma olacaq.
Rinqdə təcrübəli britaniyalı boksçu Derek Çisora (36 qələbə, 13 məğlubiyyət, 23 nokaut) ilə sabiq dünya çempionu Deontey Vaylder (44 qələbə, 4 məğlubiyyət, 1 heç-heçə, 43 nokaut) üz-üzə gələcək. Bu döyüş hər iki idmançı üçün karyera baxımından mühüm əhəmiyyət daşıyır.
Çisora uzun illərdir ağır çəkidə çıxış edir və güclü rəqiblərlə keçirdiyi döyüşlərlə tanınır. O, karyerası ərzində bir çox titul uğrunda mübarizə aparıb və daim döyüşkən üslubu ilə seçilib.
Deontey Vaylder isə bir vaxtlar WBC versiyası üzrə dünya çempionu olub və ağır çəkidə ən təhlükəli nokaut ustalarından biri hesab edilir. Son illərdə nəticələrində müəyyən eniş müşahidə olunsa da, Vaylder yenidən özünü sübut etmək niyyətindədir.
Boks gecəsinin əsas kartı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Əsas döyüşün isə gecə saatlarında – təxminən 03:00-da start götürməsi gözlənilir.



