Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu başa çatacaq.
Sport-az.com-ın verdiyi məlumata görə, iki günü əhatə edən turun son oyun günündə 9 qarşılaşma keçirilib.
Almaniya təmsilçisi “Bayer Leverkuzen” “Brest”lə qarşılaşıb və matç 1:1 hesablı bərabərliklə nəticələnib. “Atalanta” isə “Seltik”lə qolsuz heç-heçəyə razılaşıb.
“Barselona” evdə “Bayern Münhen”i 4:1 hesabı ilə darmadağın edib. Eyni zamanda, “Leypsiq” “Liverpul”a məğlub olub, “Mançester Siti” isə “Sparta”ya 5:0 hesabı ilə qalib gəlib. Madrid “Atletiko” evdə gözlənilmədən “Lill”ə 1:3 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, III tur
23 oktyabr
“Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya) 0:0
“Brest” (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) 1:1
Qollar: Lees-Melu, 39 – Virts, 24.
“Atletiko” (İspaniya) – “Lill” (Fransa) 1:3
Qollar: Alvares, 8 – Yerqova, 61. Devid, 74, 89.
“Barselona” (İspaniya) – “Bayern” (Münhen, Almaniya) 4:1
Qollar: Rafinya, 1, 45, 56. Levandovski, 36 – Keyn, 18.
“Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland) 1:3
Qollar: Aktürkoğlu, 66 – Ueda, 12. Milambo, 33, 90+2.
“Mançester Siti” (İngiltərə) – “Sparta” (Çexiya) 5:0
Qollar: Foden, 3. Holand, 58, 68. Stounz, 64. Nunyeş, 88-pen.
“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:1
Qol: Nunyes, 27.
“Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Kulenoviç, 49. Petkoviç, 84.
“Yanq Boyz” (İsveçrə) – “İnter” (İtaliya) 0:1
Qol: Türam, 90+3.