Binə Atçılıq İdman Mərkəzinin qapalı arenasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkil etdiyi Çövkən üzrə Superkubokun final oyunu keçirildi.
Superkubokun qalibi bəlli oldu
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Sport-Az-a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı və təntənəli bağlanış mərasimi ilə davam etdi. Tədbirdə DSX-nin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nömrələri ilə çıxış etdilər.
Final oyunu və qalib komanda
Finalda Peşəkar Çövkən Liqasının qalibi olan “Sərhədçi” komandası ilə Prezident Kubokunun sahibi “Elit” komandası qarşılaşdı. Gərgin və dinamik keçən oyunun nəticəsində “Sərhədçi” komandası 1:0 hesabı ilə qalib gələrək Superkubokun sahibi oldu.
Qalib komandaya Superkuboku Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim etdilər.