Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən dağ velosipedi üzrə ölkə çempionatı uğurla başa çatıb. Müsabiqənin ikinci günü iştirakçılar Teleqüllə yaxınlığında yerləşən parkda enduro məsafəsində qüvvələrini sınayıblar.
U-15 kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) idmançıları Ayaz İsgəndərli və Toğrul Məmmədli birinci və ikinci pillələri tutub. Həvəskar Kənan Eyvazov isə üçüncü yerdə qalub. Gənclər, U23 və Elit kateqoriyalarında həvəskar Emin Süleymanov ölkə çempionu olmuşdur. Mirmövsüm Cəbrayılov gümüş, ROEQİUGVM-dən Nihad İmanzadə isə bürünc medal qazanıb. Müsabiqənin nəticələri Azərbaycanın velosiped idmanında gənc nəslin inkişafını əks etdirir; 2025-ci ildə keçirilən oxşar turnirlərdə 50-dən çox idmançı yeni rekordlar qırmışdır.
Qaliblər medal, diplom və pul mükafatları ilə təltif ediliblər.