More

    Daniil Medvedev US Open-də 42,5 min dollar cərimələndi

    Dünyanın 13-cü raketkası Daniil Medvedev ABŞ Açıq Çempionatının (US Open) ilk mərhələsində fransız tennisçisi Benjamən Bonzi ilə matçda göstərdiyi davranışa görə böyük cərimə alıb.

    Rusiyalı tennisçi ümumilikdə 42,5 min dollar ödəyəcək:

    • 30 min dollar — qeyri-idman hərəkətlərinə görə,
    • 12,5 min dollar — raketi sındırdığına görə.

    Medvedev-in turnirdə qazandığı mükafat 110 min dollar təşkil edir. Vergilər çıxdıqdan sonra bu məbləğ təxminən 77 min dollara enir və onun 55%-i cəriməyə gedəcək.

    Hadisə üçüncü setin sonunda, Bonzi-nin matçbolu zamanı baş verdi. Medvedev hakimə təhqiramiz sözlər söylədi və korta fotoqrafın səhvən daxil olması səbəbindən oyun 6 dəqiqəlik dayandırıldı. Hakim isə rəqibinə ilk servisi təkrar etmək imkanı verdi.

    Bu, rusiyalı tennisçi üçün ilk hal deyil. 2025-ci ilin əvvəlində Australian Open-də də Medvedev aqressiv davranışına görə 76 min dollar cərimə olunmuşdu. O zaman raketini bir neçə dəfə sındırmış, tor üzərindəki kameranı qırmış, hakimlərlə mübahisə etmiş və məğlubiyyətdən sonra məcburi mətbuat konfransına qatılmamışdı. Həmin turnirdə onun vergi sonrası mükafatı təxminən 83 min dollar olmuşdu və böyük hissəsi cəriməyə sərf edilmişdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni